logo

İlk Təcili Yardımin Əsasları

 

Müddəti: 4 Saat

Təqdimat və Mündəricat 

İlk Təcili Yardım (İTY) dəyərli bacarıqdır. Bu bacarıq sizlərə, sağlamlığ ilə əlaqədar, ən çox rast gəlinən təcili hallar ilə mübarizə aparmaga imkan yaradır. 

İTY zamanı əsas məqsəd xəstəni həyatı vajib orqanlarına dayaq olaraq, onu növbəti travma və xəstəliklərdən qorumaq, ixtisaslaşmış tibbi yardım gələnə qədər təhlükəsiz şərait yaratmaqdır. 

İTY ın əsasları aşağıdakılardır:

  • Xəstənin tənəffüsün olmasını müəyyən etmək.
  • Lazım olduqda xilasedici süni tənəffüs vermək
  • Qanaxmanı saxlamaq
  • Zərərçəkənin şüuru olmadıqda, buna qarşı tədbir görmək.

Sonrakı mərhələlərdə xəstəyə sınıqları immobilizasiya etmək, yanıqları müalicə etmək, yaralara sarğı qoymaq və ya şokun fəsadlarına qarşı mübarizə aparmaq kimi tədbirlər görülməlidir.

Əmin olmaq lazımdır ki, işlədiyiniz müəssə və təşkilatın Tibbi Məsləhətçisi, Həkimi, Tibbi Sığorta və ya Sağlamlıq, təhlükəsizlik üzrə mühəndisin (HSE) kontakt nömrələri sizlərə məlumdur və gözə görümlü yerlərdə yazılıbdır. 

Ümüd edirik ki, İlk Təcili Yardımin (İTY) əsasları kurslarında əldə edilmiş biliklərə xatırlama kimi, aşağıdakı səhifələrdə öz əksini tapmış məlumat sizin professional və şəxsi həyatınızda lazım olacaqdır. 

1. Tənəffüsün Dayanması

1.1. Ekstremal Vəziyyət

Orqanizmin fəaliyyət göstərdiyi müddətdə, beyin daim müəyyən miqdar oksigen tələb edir. Oksigen, ürək tərəfindən damarlara qovulan qan vasitəsi ilə toxumalara daxil olur. Əgər ürək dayanırsa, təqribən 6 deqiqədən sonra ölüm baş verir.

1.2. Vəziyyətin qiymətləndirilməsi

Şüur

Sizə və zərərçəkmişə qarşı heç bir təhlükə olmadiğını əmin olduqdan sonra onun şüurunu yoxlayın. Bunun üçün “ Sizin vəziyyətiniz necədir” sualını verərək onadan cavab almağa çalışın. Əgər reaksiya verməzsə onu ehtiyatla çiyinlərindən silkələyin

Heç bir reaksiya olmadığı halda təxirəsalınmaz tədbirləri (ABC) yerinə yetirin. 

A – Havanın daxil olması üçün şərait yaradın 

Bunun üçun ehtiyatla zərərçəkən şəxsin başını arxaya doğdu açın və çənəsini bir qədər yuxarıya qaldırın. 

İki barmağınızı zərərçəkmişin çənəsinin altına yerləşdirin və əngini qaldırın. Eyni zamanda əlinizi zərərçəkmişin alnına qoyun və başını tam arxaya doğru açın. Əgər kəllə və ya boyun nahiyəsinin travmasından şübhəniz varsa, o zaman çənəni qaldırarkən başı tərpətməyin və hərəkətsiz saxlamağa çalışın. 

Tənəffüsü yoxlayın:

Bunun üçün 

Bax - döş qəfəsinin hərəkətinə

Qulaq as - tənəffüsün səsinə

Hiss et - zərərçəkmişin nəfəsinin yanağınıza təsirini

10 saniyə ərzində baxın, qulaq asın və tənəffüsü hiss etməyə çalışın. Əgər zərərçəkmiş nəfəs alırsa, onu yan tərəfə çevirin.

Əgər nəfəs almırsa, ağız boşluğunda ola bilən maneyəni kənar etdikdən sonra, ağızdan ağıza olmaqla 2 nəfəsvermə icra edin. 

B – Süni tənəffüs

Zərərçəkmişi arxası üstə uzandırın, havanın daxil olmasına şərait yaratmaq məqsədi ilə başını arxaya doğdu açın və İki barmağınızı zərərçəkmişin çənəsinin altına yerləşdirin və əngini qaldırın. Eyni zamanda əlinizi zərərçəkmişin alnına qoyun və başını tam arxaya doğru açın.


Burun pərlərini sixmaqla burnunu qapayın. Tam nəfəs alın və qapalı şəkildə dodaqlarınızı onun ağzına yerləşdirin.

2 dərin və eyni zamanda yavaş sürətli nəfəsvermə icra edin. Nəfəsvermələr zamanı zərərçəkmişin döş qəfəsinin hərəkət etməsinə nəzərrət edin. 

Diqqət:

Döş qəfəsinə nəzarət edin. Əgər döş qəfəsi hərəkət edirsə, nəbzi yoxlayın.

Əgər döş qəfəsi hərəkət etmirsə, başını arxaya doğru açın və 2 barmağınızla zərərçəkmişin çənəsini qaldırın, yenidın sünü tənəffüs verin 

Bu da kömək etməzsə:

Yoxlayın

  • Agız boşlugunda havanın daxil olmasına maneəçilik törədən yad cizim (protez dişlər, qusuntu, yemək qalıntısı) varmı
  • Nəfəs verərkən ağız və burun tam kip bağlanıbmı
  • Havanın daxil olması üçün baş tam arxaya doğru açılıbmı

Biznes-trener: Parviz Nasirov

Treninq azərbaycan və rus dillərində keçiriləcək

Keçirilmə qaydası: Treninqin keçirilmə qaydası – auditoriyanın aktiv iştirakı, suallara cavab və diskussiyalar.

Qiyməti: 80 AZN

Qiymətə daxildir: Kofe breyk və Allianz Consult tərəfindən təqdim olunan sertifikat.