logo

ElanNew

September 10, 2014 / Новости

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıqda ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan kadrların “Liderlik və İdarəetmə” adlı təlimdə iştirakı üçün müsabiqə elan edir.

Təlimin məqsədi: müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.

İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən  ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək.

Təlimlərin müddəti: noyabr – yanvar 2014

Təlimdə əhatə ediləcək mövzular:

  • Təhsildə liderlik və idarəetmə
  • Məktəbin idarə edilməsi (PTT yönümlü)
  • Kurikulumun dizaynı və idarə edilməsi
  • Qiymətləndirmə (peşə və təhsil standartları, daxili sorğu-cavab)
  • Marketinq
  • Maliyyə İdarəetməsi
  • Məlumatların təhlili, monitorinqi və qiymətləndirilməsi

 

Müsabiqədə iştirak üçün minimum tələblər:

  • Ümumi idarəetmə, təhsilin idarəolunması, iqtisadiyyat, dövlət və bələdiyyə idarəçiliyi, hüquqşünaslıq, tarix, pedaqoqika sahələrində tam ali təhsil;
  • 5 illik iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Microsoft Office proqramlarını bilmək.

 

Namizədlərdən gözlənilən digər keyfiyyətlər:

  • Liderlik bacarığı
  • Yüksək motivasiyalıq
  • Səmərəli qərar qəbul etmə bacarığı
  • Nəticəyönümlülük
  • Xarici dili bilmək

 

Müraciət qaydaları: müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər tərcümeyi-halı (CV) office@allianzconsult.az ünvanına göndərə bilər.

Müraciət üçün son tarix: 30 sentyabr 2014

Seçim qaydaları:

  • Tərcümeyi-hal (CV) üzrə birinci seçim mərhələsi;
  • Test üzrə ikinci seçim mərhələ;
  • Müsahibə üzrə üçüncü seçim mərhələ;
  • Müvafiq testlər vasitəsilə qiymətləndirmə üzrə dördüncü seçim mərhələ;
  • Tapşırıq üzrə beşinci seçim mərhələ.

 

Yekun qiymtləndirmə: təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlər “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı”” əldə etmiş və hal-hazırda ilk peşə-ixtisas təhsil müəssisə direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hal-hazirda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yərlər təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.

 

MÜRACİƏT FORMASI Ð�мÑ�
 

 

Allianz Consult MMC

AZ1001, Bakı şəhəri, Nizami küç., 1/3, Sapphire Plaza, 6-cı mərtəbə

Əlaqə telefonları: (99 412) 404 99 15; Faks: (99 412) 404 99 16

E-poçt: office@allianzconsult.az