logo

Strateji idarəçilik və korporativ idarəetmə

October 11, 2012 / Новости

Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının artırılması Layihəsi (DİKPGL) çərçivəsində “Allianz Consult” tərəfindən “Strateji idarəçilik və korporativ idarəetmə” mövzusuna dair təlim təqdim edirik.
 
DİKPGL icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır. DİKPGL layihəsinin əsas məqsədi əsas prioritet sahələr, xüsusilə infrastruktur sahəsində investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi zamanı keyfiyyətin və səmərəliliyinin artırılmasıdır.
 
DİKPGL aşağıda göstərilən dörd komponentdən ibarətdir:

Komponent1: Ümumi mövzular üzrə potensialın gücləndirilməsi

Komponent 2: Konkret sektorlar üzrə potensialın gücləndirilməsi

Komponent 3: Kadr potensialının gücləndirilməsini dəstəkləyəcək fəaliyyətlər
 
Komponent 4: Layihənin icrası
 
 
DİKPGL layihəsinin komponentlərindən biri olan Ümumi mövzular üzrə Potensialın Gücləndirilməsi Komponenti layihələrin hazırlanması və icra olunması üzrə potensialın artırılması məqsədi güdür və bura Layihə müddətində təklif olunacaq ümumi idarəetmə modulu üzrə təlimlərin keçirilməsi daxildir.
 
Peşəkar təşkilatlar yaxşı başa düşür ki, bütün işçilər təşkilatın strategiyasını anlamalı, öna öz töhfələrini verməli və bütün səylərini onunla bir hədəfə yönləndirməlidir. Bu kurs iştirakçıların strateji menecment və korporativ idarəetmənin rolunu anlamasına kömək etmək və təşkilat daxilində effektiv qərar qəbuletmədə zəruri olan bacarıqları inkişaf etdirmək üçün nəzərdə tutulub.
 
Təlim qyeri-məhdud şəkildə aşağıdakı mövzuları əhatə etməlidir:
  • Ümumi idarəetmə konsepsiyaları və prinsipləri
  • Korporativ və funksional strategiya
  • Strateji seçim və qərar qəbuletmə
  • Strateji planlaşma
  • Liderlik və dəyişikliyin idarə olunması
  • Təşkilati strategiya strukturu və mədəniyyəti
  • Fundamental Strateji Menecment
  • İctimai Nitq və Təqdimatlar
  • Layihələrin İdarə olunması
  • Strateji planlamanın məğzi və Konsepsiyaları
  • Dəyişikliyin Idarə olunması
  • Sağlam Strategiyanın Formalaşdırılması
  • Strateji Plan İcrası
  • Fəaliyyət Planı
  • Korporativ Idarəetmənin Prinsipləri
  • Korporativ Sosial Məsuliyyət
Proqramın yekununda iştirakçılar:
  • Fəaliyyətin idarə olunması və təşkilati inkişaf barədə “strateji” düşünməyi;
  • Strateji menecmentdə olan əsas problemləri və anlaşılmazlıqları başa düşməyi;
  • Liderlik, təşkilati struktur, mədəniyyət və dəyişikliyin idarə olunmasının strateji menecmentdə rolunu qiymətləndirməyi;
  • Korporativ idarəetmə konsepsiyalarını yaxşı anlamağı;
  • Korporativ idarəetmə konsepsiya üzrə ən yaxşı dünya təcrübələrinə bələd olmağı;
  • Təşkilatın effektiv idarə olunmasını təmin edən korporativ idarəetmə təcrübələrinin təsirinin yeni perspektivlərinə nail olmağı;
  • İdarənizdə strateji dəyişiklik planlamağı və həyata keçirməyi;
  • Dinamik strateji plan qurmağı;
  • Strateji dəyişiklikdən irəli gələn stressləri idarə etməyi;
  • Strateji məqsədləri dəstəkləməyi planlamağı;
  • Strateji məqsədlərə uyğun strateji və taktiki idarə planları qurmağı;
  • Resurslardan istifadəni maksimum həddə qaldırmağı;
  • Vəzifə borclarına təsir etmək və onların öhdəsindən gəlmək üçün qazanılan vərdişlərdən istifadə etməyi;
  • Baxış və dəyərləri inkişaf etdirməyin əhəmiyyətini qiymətləndirməyi bacarmalıdırlar.