logo

İnsan resurslarının idarə olunması

October 17, 2012 / Новости

Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının artırılması Layihəsi (DİKPGL) çərçivəsində “Allianz Consult” tərəfindən “İnsan resurslarının idarə olunması” mövzusuna dair təlim təqdim edirik.
 
DİKPGL icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır. DİKPGL layihəsinin əsas məqsədi əsas prioritet sahələr, xüsusilə infrastruktur sahəsində investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi zamanı keyfiyyətin və səmərəliliyinin artırılmasıdır.
 
DİKPGL aşağıda göstərilən dörd komponentdən ibarətdir:
Komponent1: Ümumi mövzular üzrə potensialın gücləndirilməsi
Komponent 2: Konkret sektorlar üzrə potensialın gücləndirilməsi
Komponent 3: Kadr potensialının gücləndirilməsini dəstəkləyəcək fəaliyyətlər
Komponent 4: Layihənin icrası
 
DİKPGL layihəsinin komponentlərindən biri olan Ümumi mövzular üzrə Potensialın Gücləndirilməsi Komponenti layihələrin hazırlanması və icra olunması üzrə potensialın artırılması məqsədi güdür və bura Layihə müddətində təklif olunacaq ümumi idarəetmə modulu üzrə təlimlərin keçirilməsi daxildir.
 
Təlimin məqsədləri aşağıdakılardır:
 
MÖVZU: İnsan resurslarının idarə olunması
Bu təlimin məqsədi təlim iştirakçılarının İnsan resurslarının idarə olunmasına (İRİ) dair prosedur və metodologiyalar, o cümlədən proses və prosedurlar, rol və vəzifələrlə bağlı müddəalar barədə məlumatlılığını artırmaq, həmçinin Əmək Qanunvericiliyinin mexanizmləri, habelə Əmək Qanunvericiliyinin müddəalarının şərhi barədə təlim iştirakçılarına biliklər vermək və həmçinin Əmək Qanunvericiliyinin tələblərinin icrası və müvafiq sənədlərin hazırlanması üzrə təlim iştirakçılarının bacarıqlarını artırmaqdan ibarətdir.
 
Təlim proqramına aşağıdakı mövzular daxildir, lakin bununla məhdudlaşmır:
  • İnsan resurslarının idarə olunması, İnsan Resurslarının inkişafı və İnsan Resursları üçün Planlamaya giriş
  • İşə alma və seçim
  • Adaptasiya və işçi münasibətləri
  • Fəliyyətin qiymətləndirilməsi
  • Əməkhaqqı, işçilərin mükafatlandırılması və saxlanılması
  • Təlim, tədris və inkişaf
  • Motivasiya