logo

Əmək qanunvericiliyi

October 17, 2012 / Новости

Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının artırılması Layihəsi (DİKPGL) çərçivəsində “Allianz Consult” tərəfindən “Əmək qanunvericiliyi” mövzusuna dair təlim təqdim edirik.
 
DİKPGL icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır. DİKPGL layihəsinin əsas məqsədi əsas prioritet sahələr, xüsusilə infrastruktur sahəsində investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi zamanı keyfiyyətin və səmərəliliyinin artırılmasıdır.
 
DİKPGL aşağıda göstərilən dörd komponentdən ibarətdir:
Komponent1: Ümumi mövzular üzrə potensialın gücləndirilməsi
Komponent 2: Konkret sektorlar üzrə potensialın gücləndirilməsi
Komponent 3: Kadr potensialının gücləndirilməsini dəstəkləyəcək fəaliyyətlər
Komponent 4: Layihənin icrası
 
DİKPGL layihəsinin komponentlərindən biri olan Ümumi mövzular üzrə Potensialın Gücləndirilməsi Komponenti layihələrin hazırlanması və icra olunması üzrə potensialın artırılması məqsədi güdür və bura Layihə müddətində təklif olunacaq ümumi idarəetmə modulu üzrə təlimlərin keçirilməsi daxildir.
 
Təlimin məqsədləri aşağıdakılardır:
 
MÖVZU: Əmək qanunvericiliyi
Bu təlimn əsas məqsədi təlim iştirakçılarını Əmək qanunvericiliyi mexanizmləri lə, eləcə də Əmək qanunvericiliyi müddəalarının təsviri, Əmək qanunvericiliyinin tələblərinin həyata keçirilməsi üzrə təlim bacarıqlarının artırılması və müvafiq sənədlərin hazırlanmasından ibarətdir.
 
Təlim proqramına aşağıdakı mövzular daxildir, lakin bununla məhdudlaşmır:
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsindən çıxarışları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları, Azərbaycan Respublikası qanunları, Milli Məclisin qəbul etdiyi qərarlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ sənədləri ilə ümumi tanışlıq.
  • Əmək müqavilələri
  • İş şəraitinin yaradılması, əməyin mühafizəsi, sosial müavinətlər, əməkdaşların sosial, məcburi tibbi sığortası ilə bağlı fəaliyyətin təşkili
  • İş kvotaları və əmək haqqı
  • İşçilərin şəxsi qeydiyyatı və Kadrlar uçotunun bazası
  • İşçilərin fəaliyyətinin qiymətləndirilməsi və qiymətləndirilməsini, işçilərin mükafat fəaliyyəti
  • Əmək Qanunvericiliyinin Dövlət qulluqçuları üçün idarə mexanizmləri