logo

Ekspress HR Məktəbi

April 13, 2012 / Новости

Konfusi:
“ İnsanları təhsilsiz müharibəyə göndərmək – onları satmaq deməkdir“
 

Son zamanlarda yerli şirkətlərdə insan resurslarının idarə edilməsi üzrə ixtisaslaşmış mütəxəssislərə tələbat artmışdır. “HR-menecer”, “HR-mütəxəssis” vəzifələri şirkətlərdə heç tərəddüdsüz strateji partnyor mövqeyini tutur. Buna müvafiq olaraq, gündən-günə insan resurslarının idarə edilməsi üzrə mütəxəssislərin peşəkar hazırlığına da tələbat yaranır. Bu gün bu tələbat göz qabağındadır və müxtəlif proqram və təlimlərin təklif olunmasına baxmayaraq, hələ də tam ödənilməmişdir. İxtisaslaşdırılmış HR-mütəxəssisə tələbat bir tərəfdən insan resurslarının optimallaşdırılmasında effektiv kadr siyasətini təmin etmə zərurəti yarandıqda, digər tərəfdən isə əmək müfəttişliyi tərəfindən cərimələrin sərtləşdirilməsi halında hər bir şirkət rəhbərinin effektiv kadr siyasəti və kadr kargüzarlığı sisteminə sahib olmağa çalışması ilə aktuallaşır.