logo

Üz-üzə müştəri xidməti

February 06, 2012 / Новости

Müştəri xidməti – müştəri məmnuniyyətinin artırılması məqsədilə tədbiq olunan aktiv ünsürlərin ardıcıllığıdır. Bu o deməkdir ki, müştəridə xidmət və ya məhsulun gözlənilən keyfiyyətlərə malik olması fikrinin formalaşmasıdır. Müştəriyə xidmətin ən effektiv yollarından ən öndəgedəni tet-a-tet xidmət, yəni üz-üzə xidmətdir. Bu xidmət növü, xidmətin və ya məhsulun satış payının artırılmasına bir başa yoldur. Dünya iqtisadiyyatında, bir çox iri şirkətlər bu tip xidməti müştərilərə təqdim etmişdir. Bu xidməti göstərə biləcək kadrlar isə xüsusi seçilməlidir. Çünki, onlar müştərilərin sayının çoxaldılmasında birbaşa rol oynayırlar. Üz-üzə xidmət zamanı, ünsiyyət vizual xarakter daşıdığından müştəridə etibar yaradmaq daha da asanlaşır. Bunun üçün xidməti göstərən məsul şəxs öz xarici görkəminə xüsusi diqqət yetirməlidir. Eleqant, gözə çarpmayan tonlarda geyim forması qarşınızdakı müştəriyə xoş təsir bağışlaya bilər.

Görkəminiz qədər vacib olan amil, özünüzü aparma yəni təqdim etmə bacarığınızdır. Ünsiyyət etikasina gözəl yiyələnməlisinizki, qarşınızdakı müştəri Sizi dinləmək istəsin. Müştəri Sizi dinləmək istərsə, təqdim etdiyiniz xidmət o andan, keyfiyyətli hesab oluna bilər. Cari müştəri ilə ünsiyyət quran zaman, düzgün işğüzar pozada əyləşməyiniz daha məqsədəuyğundur. Qətiyyən ayağınızı ayağınızın üzərinə aşırtmaq, əlinizi çənənizin altına qoymaq və s. kimi xoşagəlməz hərəkətlər Sizin imidcinizi poza bilər.

 
Qısacası, üz-üzə xidmət zamanı xoş təsurat başlamaq başlıca məqsəd sayıla bilər. Bunun üçün, müştəri xidməti etiketinə yiyələnmək çox vacibdir. Ünsiyyət mədəniyyətinə yiyələnmək, işgüzar həyatda uğur gətirə bilər.